16 Avqust - 05:57
Cozef Bayden Ukraynaya səfər edə bilər

Cozef Bayden Ukraynaya səfər edə bilər

Siyasət

06 İyul 2022 17:12 448


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya səfər edə bilər. 

“Report” “RK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin nümayəndəsi İqor Jovkva deyib.

“Prezidentimiz Volodimir Zelenskinin dəvəti gündəmdə qalır. ABŞ və Ukrayna Prezidentlərinin iş qrafiki üst-üstə düşərsə, belə bir səfər baş tutacaq. Bəli, biz başa düşürük ki, təhlükəsizlik nüansları da var”, - o bildirib.

Jovkvanın sözlərinə görə, Zelenski və Baydenin müzakirə edəcəyi çoxlu mövzular var.

Eyni zamanda o əlavə edib ki, dünya liderləri demək olar ki, hər gün Kiyevə səfər edirlər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!