Cümhuriyyət medalı ilə təltif olunan Fariz Nəcəfovdan ilk AÇIQLAMA

Cümhuriyyət medalı ilə təltif olunan Fariz Nəcəfovdan ilk
İyul 11, 2019 16:40
Oxunma sayı: 199

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb. Mükafatlandırılanlar siyahısında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov da var.

Fariz Nəcəfov “Yeni Sabah”a açıqlamasında öz təəssüratlarını bölüşüb. O bildirib ki, xalqı, milləti və vətəni uğurunda nələrsə etmək hər bir vətəndaşımızın borcudur:

“Hər bir azərbaycanlı vətəndaşının borcu öz milləti, vətəni, torpağı uğuruna bacardığı hər şeyi etməkdir. Mən də idmançı, idman klubunun rəhbəri kimi həmişə əlimdən nə gəlirsə, etməyə çalışmışam. Dəfələrlə dünya və Avropa çempionu olmuşam. Demək olar ki, 27 il idmanla məşğul olmuşam, dövlətimiz və xalqımız üçün fəaliyyət göstərmişəm”.

Naibə Məmmədova

Yenisabah.az