Azərbaycanda rəqəmsal xidmətlər sektorunun vergiyə cəlb olunması ilə bağlı yeni tədbirlər həyata keçirilir.
“Yeni Sabah” xəbər verir ki, bu çərçivədə daha 4 xarici rəqəmsal xidmət şirkəti vergi uçotuna daxil edilib.
Vergi qeydiyyatına alınan şirkətlər ABŞ-nin “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH” və Niderlandın “Netflix International B.V.” şirkətləridir. Dördpendirli pizza
Sözügedən şirkətlərin ƏDV üzrə qeydiyyatı 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək.
Vergi Məcəlləsinə bu il edilmiş dəyişikliklərə əsasən, sentyabrdan etibarən Azərbaycanda elektron ticarət vasitəsilə xidmət göstərən və ölkədə illik dövriyyəsi 10 min ABŞ dollarını keçən qeyri-rezident rəqəmsal xidmət təminatçıları üçün elektron vergi qeydiyyatı məcburi olacaq.
Yeni qaydalara əsasən, vergi uçotuna alınmış qeyri-rezident şirkətlərə göstərilən xidmətlərə görə ödəniş zamanı ƏDV banklar tərəfindən tutulmayacaq. Bu şirkətlər vergini özləri hesablayaraq bəyan etməli və dövlət büdcəsinə ödəməlidirlər.
Xarici rəqəmsal xidmət təminatçılarının elektron vergi sisteminə cəlb edilməsi rəqəmsal iqtisadiyyat üzrə yeni vergi mexanizminin tətbiqinə hazırlığın əsas mərhələlərindən biri hesab olunur.
Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdirir.
Telegram kanalımız