Daha bir erməni hərbçi güllələndi 

saytların hazırlanması

Evə çatdırılma

Daha bir erməni hərbçi güllələndi 

Dünya

17 Sentyabr 2024 14:33 437


Ermənistan ordusunun daha bir hərbi qulluqçusu yaralanıb. 

Yenisabah.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, erməni hərbçi silah doldurarkən ehtiyatsızlıqdan açılan atəş nəticəsində xəsarət alıb. 

Hərbçi əməliyyat olunub, həyatı üçün təhlükə yoxdur. İstintaq Komitəsindən verilən məlumata görə, hadisə ilə bağlı cinayət işi başlanıb. 

Qeyd edək ki, sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.  Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!