Daha bir futbolçu FIFA-nın yeni qaydalarının qurbanı oldu -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Daha bir futbolçu FIFA-nın yeni qaydalarının qurbanı oldu - VİDEO

İdman

01 İyul 2026 12:53 83


DÇ-2026-nın 1/16 final mərhələsi çərçivəsində Meksika-Ekvador görüşündə daha bir futbolçu FIFA-nın yeni qaydalarının qurbanı olub.

“Yeni Sabah” xəbər verir ki, matçın əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Ekvadorun müdafiəçisi Pyero İnkapie birbaşa qırmızı kartla meydandan qovulub.

O, Meksikanın hücumçusu Santi Ximeneslə mübahisə edərkən əli ilə ağzını tutduğu üçün cəzalandırılıb. Pepperoni pizza

FIFA-nın yeni qaydalarına əsasən, rəqiblə və ya hakimlə mübahisə edərkən təhqiramiz ifadələri gizlətmək məqsədilə ağzı əllə örtmək birbaşa qırmızı kartla nəticələnir. İnkapie bu turnirdə yeni qaydaya görə cəzalandırılan ikinci futbolçu olub. Daha öncə qrup mərhələsində keçirilən Türkiyə-Paraqvay oyununda paraqvaylı futbolçu Mikel Almiron analoji səbəbdən meydandan qovulmuşdu.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!