Damla işçisini polisə verdi

saytların hazırlanması

Evə çatdırılma

Damla işçisini polisə verdi

Şou

12 Mart 2019 20:46 1503


Müğənni Damla bir müddət əvvəl "YouTube”dan silinən kanalı ilə bağlı işçisindən şikayət edib.

İfaçının komandası hazırda kanalın bərpası üzərində çalışır.

Damlanın prodüseri Şamil açıqlamasında baş verən hadisəni təsdiq edib: pizza sifarişi

"Hazırda "YouTube”-a kanalının bərpası üçün lazımı məlumatlar verilib və bu yöndə işlər gedir.

Damla xanımın "YouTube” kanalını idarə edən Rafis Cəfərzadə ilə bağlı polisə  müraciət etsək də heç bir nəticə əldə etmədik. Yəni, sübutumuz yoxdur.

Kanalı sildirməyinə səbəb isə idarəetməni ondan almağımızdır. Sadəcə olaraq hesaba başqa bir mail açmışdı və onun sayəsində daxil olaraq, pis əməlini yerinə yetirib.

Bunu bir çox məşhurlar da təsdiq edər ki, bu sistemə qoşulanlar ayrılmaq istədikdə mübahisə düşür.

Onu da vurğulayım ki, biz "YouTube”dan gəlir əldə etmirdik. Yəni illərdir Rafis idarə etdiyi üçün maddi gəliri o götürürdü. Damla xanımın həmin pula ehtiyacı olmadığı üçün ona ödənilib”.

Prodüser açıqlamasının sonunda onu da bildirib ki, polis işi bağlamayıb.

Hazırda araşdırma aparılır.

News24.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!