Dani Alves 9 il azadlıqdan məhrum oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Dani Alves 9 il azadlıqdan məhrum oluna bilər

İdman

05 Fevral 2024 22:35 836


Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves məhkəmə qarşısına çıxıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, 2022-ci ildə Barselona şəhərində yerləşən gecə klubunda bir qadına cinsi təcavüz etdiyi iddiası ilə 13 aydır həbsdə olan 40 yaşlı veteran müdafiəçi növbəti dəfə hakim qarşısında ifadə verib. İlk məhkəməsində belə bir hadisənin yaşanmadığını söyləyən “sambaçı” son ifadəsində isə qarşı tərəfin razılığı ilə bunu etdiyini boynuna alıb.

Dövlət ittihamçısı Dani Alvesə 9 il həbs cəzası, həmçinin zərərçəkən qadına 150 min avro təzminat ödənməsini istəyib. Toyuqlu pizza

Qeyd edək ki, Dani Alves karyerası ərzində Kataloniya təmsilçisi ilə yanaşı, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ kimi önəmli klublarının formalarını geyinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!