Danimarkanın baş naziri Mette Frederiksen Nikolaev və Odessaya səfərindən sonra Vladimir Zelenski ilə birgə brifinq zamanı Ukraynaya 19 yeni artilleriya sisteminin təhvil veriləcəyini bildirib.
Yenisabah.az xəbər verir ki, baş nazirlə görüşdə Ukraynanın müdafiə ehtiyacları hava və gəmi əleyhinə müdafiənin gücləndirilməsi, həmçinin haubitsaların tədarükünün artırılması ətraflı müzakirə edilib.
“Danimarka sizə lazım olduğu müddətcə dəstək olacaq. Biz sizə silah, təlim, humanitar dəstək, yenidənqurma ilə dəstək verəcəyik, məqsədimiz ən böyük donorlardan biri olaraq qalmaqdır. Biz sizə 19 yeni artilleriya sisteminin hamısını təqdim etmək qərarına gəldik”, - deyə Frederiksen Danimarka şirkətlərinin Ukraynanın bərpasına qoyduğu sərmayələr səviyyəsində davam edəcəyinə əminliyini ifadə edib. Toyuqlu pizza
Telegram kanalımız