Futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərəyə qalib gələn Argentina növbəti finalçı olub.
"Yeni Sabah" xəbər verir ki, Atlanta şəhərində keçirilən ikinci yarımfinal matçında argentinalılar qələbə qazanıblar - 2:1.
İngilislər 55-ci dəqiqədə Entoni Qordonun vurduğu qolla hesabda önə keçiblər. Bununla belə, hazırkı dünya çempionları arıdıcıl iki qol vuraraq geridönüş ediblər. pizza sifarişi
85-ci dəqiqədə Enzo Fernandes, 90+2-ci dəqiqədə isə Lautaro Martines fərqlənib.
Argentinanın finaldakı rəqibi İspaniya millisi olacaq. İngiltərə isə üçüncü yer uğrunda matçda Fransa ilə üz-üzə gələcək.
Üçüncü yer uğrunda görüş iyulun 19-da Bakı vaxtı ilə saat 01:00-da, final matçı isə 23:00-da keçiriləcək
Telegram kanalımız