DÇ finalı öncəsi ABŞ-də görünməmiş təhlükəsizlik tədbirləri

saytların hazırlanması

Evə çatdırılma

DÇ finalı öncəsi ABŞ-də görünməmiş təhlükəsizlik tədbirləri

İdman

19 İyul 2026 14:00 124


2026-cı il futbol üzrə dünya çempionatının final oyunu öncəsi ABŞ-də təhlükəsizlik tədbirləri gücləndirilib.

"Yeni Sabah" xəbər verir ki, bu gün ABŞ-nin Nyu-Cersi ştatındakı 82 min 500 azarkeş tutumuna malik "MetLife" stadionunda İspaniya və Argentina milliləri üz-üzə gələcək. ABŞ Prezidenti Donald Trampın da finalı tribunadan izləyəcəyi gözlənildiyi üçün təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Stadionda ABŞ Gizli Xidməti, federal, ştat və yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xidmət aparacaq. Girişdə ciddi yoxlamalar həyata keçiriləcək, stadion ətrafında isə minlərlə təhlükəsizlik əməkdaşı növbə çəkəcək. Finalı izləmək üçün Nyu-York və Nyu-Cersidən əlavə qatar və avtobus reysləri təşkil olunacaq. Azarkeşlərin ictimai nəqliyyat üçün 100-150 dollar ödəyəcəyi gözlənilir. Rəsmilər izdiham səbəbindən gediş-gəliş zamanı uzun gözləmə ehtimalı barədə xəbərdarlıq ediblər. pizza mizza

Final oyununun biletləri isə kifayət qədər bahadır. Satış platformalarında qiymətlər oturacaqların yerindən asılı olaraq 7 min dollardan 55 min dollara qədər dəyişir. Bundan əlavə, bölgədə davam edən isti hava şəraiti səbəbindən qəfil yay yağışının yağma ehtimalı da var.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!