“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmalısınız”
15 Dek 2019 09:42
291

“Dedilər, Nazarbayev oyuna gəlir, Azərbaycanı udmalısınız”

Rus məşqçi Leonid Poxomov Qazaxıstan millisində işlədiyi dövrdə yaşanan maraqlı hadisə haqqında Matç TV-yə danışıb.

"Yeni Sabah" Rusiya mətbuatına istinadən xəbər verir ki, çalışdırıcı 2004-cü ildə Azərbaycanla yoldaşlıq oyunundan əvvəl baş vermiş maraqlı hadisəni yada salıb:

“Azərbaycanla yoldaşlıq oyunu keçirirdik. Heyətə planlaşdırdığım kimi, ehtiyatda qalan oyunçuları dəvət etdim ki, yoxlayım. Birdən tribunalarda həyacan yaşandı. Mənə bildirdilər ki, Nazarbayev oyuna gəlir, matçı udmalısınız, qalib gəlmək lazımdır. Necə yəni udmaq lazımdır? Yoxlama oyunu olduğu halda niyə qalib gəlməliyik? Dedim ki, meydana kimi nəzərdə tutmuşamsa, onlar da çıxacaqlar və mən Nazarbayevə necə işlədiyimizi izah edərəm. O, stadiona gəlmədi. Biz isə 2:3 hesabı ilə uduzduq. Sonra futbol rəisinin otağına girdim. Kreslosuna söykənmişdi. Dedim ki, sizinlə bir daha işləməyəcəyəm. Hələlik".

Poxomov Qazaxıstanın futbol sistemini tənqid edib: "Görünür ki, futbolu inkişaf etdirmək istəyirlər. Amma öz aralarında hələ müəyyənləşdirə bilməyiblər ki, kim hansı sahəyə cavabdehdir. Mənə bir ev vermişdilər. Federasiyaya piyada gəlirdim. Soruşurlar ki, harda idiniz, saat 9-dan 18-ə qədər işdə olmalısınız. Cavab verdim ki, hər şey aydındır, mən getdim".

Qeyd edək ki, L.Poxomov 2002-2004-cü illərdə Qazaxıstan millisini çalışdırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər