16 Avqust - 05:09
“Dedim ki, əgər bu qız çəkiləcəksə, mən çəkilmirəm...”  - Səidə Quliyeva

“Dedim ki, əgər bu qız çəkiləcəksə, mən çəkilmirəm...” - Səidə Quliyeva

Mədəniyyət

19 İyun 2022 10:53 2511


“Bizim sənət kollektiv sənətdir. Tərəf müqabilin yoxdursa, sənin sənətin də yoxdur. Təsəvvürünüzə gətirin ki, tərəf müqabilin səni qane etmirsə, o sənə implus vermirsə sən necə oynaya bilərsən? Aktyorun obraz, rol arzusu bitib tükənmir. Sənətkarlar rejissordan, ssenaristdən asılı olan insanlardır. Mənə təklif olunan rolları seçirəm, hansı mənə uyğundursa qəbul edib çəkilirəm. Hər zaman ruhuma yaxın olan rolları oynamışam. Olub mənim yaradıcılığımda ki, mənə deyiblər ki, mütləq bu qız səninlə çəkilməlidir. Halbuki istedadı yox idi. Dedim əgər bu qız çəkilməlidirsə lap yaxşı, çəkilsin, amma mən çəkilmirəm. İstedad elə bir şeydir ki, onu balaca bir epizoddan, dialoqdan, onun baxışından o dəqiqə bilinir”

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Səidə Quliyeva deyib. O daha sonra əlavə edib.

“Sənət adamları, ümumiyyətlə istedadlı insanlar Allah tərəfindən seçilmiş insanlardır. Əgər mən də ora aidəmsə özümü çox xoşbəxt hiss edərdim. Bəzən deyirlər ki, əvəzedilməz insan yoxdur. Xeyr, mən bu sözlə razı deyiləm. Nəinki sənətkarları, heç bir insanı əvəz etmək olmaz. Ona bənzəyə bilərlər, amma əvəz edə bilməzlər. Çünki hər bir insanın fərdi xüsusiyyətləri var və o Allah tərəfindən fərdi yaradılıb. İnsanlar hamısı müxtəlifdir. Elə şeylər var ki, insanın özünə məxsusdur, onu yalnız özü bilməlidir” deyə sənətkar bildirib.

Xalq artisti Səidə Quliyeva kino həyatından da danışıb.

“Tamaşaçılarım elə bilir ki, məni ilk dəfə kino rejissor, xalq artisti Vaqif Mustafayev filmdə çəkib. Kino yaradıcılığıma ilk dəfə Vaqif müəllimdən öncə rejissor Arif Babayevin “Bizi bağışlayın” filmində başlamışam. Bu filmə çox təsadüfən düşmüşdüm. Arif Babayev həmişə deyirdi ki, mən səni “Yollar görüşəndə” televiziya tamaşasından kəşf etmişəm. Heç bir kino sınaqları olmadan bu rola çəkilmişdim. Vaqif Mustafayevlə tanışlığım isə “Mozalan”-dan sonra baş tutdu. Mən çox yox, iki Mozalanda çəkilmişəm. Ondan sonra Vaqif müəllim nə çəkdisə mən çəkildim. İlk dəfə “Yaramaz” filmində bir epizodda çəkildim. Daha sonra digər filmlərdə də çəkilmişəm” deyə sənətkar bildirib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!