Dəniz Göktaş azadlığa buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Dəniz Göktaş azadlığa buraxıldı

Dünya

28 Sentyabr 2026 19:04 103


"Ölü Dəniz" adlı stendap proqramındakı zarafatlarına görə barəsində cinayət işi açılan türkiyəli komik Dəniz Göktaş barədə seçilmiş həbs qətimkan tədbiri ləğv olunub.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verilir ki, 88 gün məhbus həyatı yaşayan komediya ustası məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Xatırladaq ki, D.Göktaş iyulun 2-də xaricdən ölkəyə qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Sənətçi çıxışlarında cəmiyyətin bir kəsiminin dini dəyərlərini açıq şəkildə təhqir etməkdə ittiham olunurdu. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!