Azərbaycanda dənizdə boğulduğu deyilən 5 uşaq atası   XARİCƏ QAÇIBMIŞ...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda dənizdə boğulduğu deyilən 5 uşaq atası XARİCƏ QAÇIBMIŞ...

Hadisə

22 Avqust 2026 15:59 86


Polis dənizdə boğulduğu deyilən şəxsin ölkə xaricinə getdiyini müəyyən edib.

"Yeni Sabah" xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib. Pepperoni pizza

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!