Dənizdə dalğanın hündürlüyü üç metrə çatdı   - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Dənizdə dalğanın hündürlüyü üç metrə çatdı - FAKTİKİ HAVA

Sosial

11 İyul 2023 18:31 546


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti faktiki hava şəraitini açıqlayıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, iyulun 11-i saat 17:00-a olan məlumatına əsasən, Göytəpə, Oğuz, Gəncə, Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Qusar, Xınalıq, Quba, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Şimal-qərb küləyi arabir Naftalanda 25 m/s, Ağdam, Göyçay, Zərdab, Tərtərdə 20 m/s, Yevlax, Gəncədə 18 m/s, Beyləqanda 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Sezar pizza

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!