Novorossiysk yaxınlığında Türkiyə bayrağı altında üzən yük gəmisinə hücum edildiyi bildirilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, söhbət "MV Gulluk" adlı toplu yük gəmisindən gedir. Hadisə zamanı ekipaj üzvləri arasında xəsarət alan olmayıb. Marqarita pizza
İnsidentdən sonra gəmi İstanbula istiqamət alıb. Bildirilir ki, "MV Gulluk" dəyən zərərin qiymətləndirilməsi və təmir işlərinin aparılması məqsədilə gəmiqayırma zavoduna göndəriləcək.
"Gemi Trafik" gəmi hərəkətini tənzimləmə sisteminin açıqlamasında hücumun arxasında Ukrayna tərəfinin dayandığı iddia olunub. Bununla bağlı rəsmi qurumlar tərəfindən hələlik təsdiqləyici açıqlama verilməyib.
Telegram kanalımız