Astara rayonunda dənizdə nəzarətsiz ərazidə 36 yaşlı kişinin batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
"Yeni Sabah" xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata görə, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda baş verib.
Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar. pizza sifarişi
Hazırda 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız