Dünya şöhrətli fransız aktyor Jerar Depardye jurnalisti yumruqlayıb.
Yenisabah.az xəbər verir ki, son illər bir neçə dəfə cinsi təcavüzdə ittiham olunan aktyor bu dəfə onun şəkillərini gizli çəkən paparazzini yumruqlayıb.
Hadisə Romada baş verib, aktyoru gizlicə çəkən jurnalist Rino Barillari döyülüb. Toyuqlu pizza
Paparazzilər kralı kimi tanınan Barillari bu barədə polisə şikayət edəcəyini bildirib:
“Aktyoru gözəl bir xanımla gördüm və fotolarını çəkdim. O, yanıma gələrək üzümə 3 yumruq vurdu. Başım ağrıyır. Artıq 15 yox, 79 yaşım var. İndi xəstəxanaya gedirəm. Bu barədə polisə məlumat verəcəyəm”.
Telegram kanalımız