"Bakı həbsxanalarında saxlanılan erməni məhbuslarla görüşmək imkanı var".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının üzvü Ayk Mamicanyan deyib.
Onun sözlərinə görə, bu fürsətdən istifadə edilməlidir:
“Avronest Parlament Assambleyasının növbəti sessiyası payızda Bakıda keçiriləcək. Bakıya mümkün uçuş olarsa, mən hər şeyi edəcəm ki, bir il əvvəl Azərbaycan Milli Məclisinin sədrinə göndərdiyim məktubda yazdığım kimi, bu gün Bakıdakı erməni məhbuslarla görüş reallığa çevrilsin. Bu, oğlanlarımıza baş çəkməyə, onların rifahı və vəziyyətindən xəbər tutmağa imkan verəcək başqa bir pəncərədir”.
Telegram kanalımız