Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək

saytların hazırlanması

Evə çatdırılma

Dərman qəbulunda ən böyük SƏHV - SƏBƏBİ heç ağlınıza gəlməyəcək

Sağlamlıq

06 Sentyabr 2026 12:24 215


Dəmir preparatlarından istifadə edən, lakin dəmir ehtiyatları uzun müddət bərpa olunmayan insanların sayı az deyil. Poliklinikalarda rast gəlinən hallardan biri də aylarla dəmir qəbul etməsinə baxmayaraq, ferritin göstəricisinin hələ də aşağı qalmasıdır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə paylaşımda dəmir preparatlarının düzgün qəbul qaydasının əhəmiyyətinə diqqət çəkilib.

Bildirilib ki, problemin səbəbi hər zaman preparatın kifayət qədər güclü olmaması deyil, onun yanlış zamanda və yanlış qidalarla birlikdə qəbul edilməsi də ola bilər. pizza

Qeyd olunub ki, dəmirin orqanizmdə sorulması hepcidin adlı hormonla əlaqəlidir. Bu səbəbdən dəmir preparatlarının qəbul vaxtı və tezliyi də sorulmaya təsir göstərə bilər.

Mütəxəssis dəmir preparatlarının səhər saatlarında, mümkün olduqda acqarına və bəzi hallarda gün aşırı qəbul edilməsinin sorulmanı yaxşılaşdıra biləcəyini bildirib. Çay və qəhvənin isə dəmirin sorulmasına mənfi təsir göstərə biləcəyi qeyd olunaraq, onların qəbulu ilə dəmir preparatı arasında vaxt intervalının saxlanılması tövsiyə edilib.

Mədə turşusunu azaldan preparatlardan, o cümlədən mədə qoruyuculardan istifadə edən şəxslərdə də dəmirin sorulmasının azala biləcəyi vurğulanıb. Belə dərmanlardan istifadə edənlərin müalicə rejimini həkimlə müzakirə etməsinin vacib olduğu bildirilib.

Ən mühüm məqamlardan biri isə dəmir çatışmazlığının müstəqil xəstəlik deyil, başqa problemin göstəricisi ola bilməsidir. Buna görə də dəmir çatışmazlığının səbəbi araşdırılmadan yalnız preparat qəbul etməklə kifayətlənmək düzgün yanaşma sayılmır.

Xüsusilə 50 yaşdan yuxarı kişilərdə və menopauza sonrası qadınlarda dəmir çatışmazlığının səbəbləri arasında gizli qanaxmaların araşdırılmasının əhəmiyyətli olduğu qeyd edilir.

Bununla yanaşı, ürək çatışmazlığı olan xəstələrdə dəmir çatışmazlığının qiymətləndirilməsi və müalicəsinə yanaşmanın fərqli ola biləcəyi vurğulanıb.

Mütəxəssislər dəmir preparatlarının həkim məsləhəti olmadan başlanılmamasını və qəbul qaydasının fərdi vəziyyətə uyğun müəyyənləşdirilməsini tövsiyə edirlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!