"Yenidən evlənmək haqda düşünmürəm".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayev "Maqazin Plyus" verilişinə müsahibəsində deyib.
"Evlənmək məsələsi məndə alınmır. Növbəti dəfə ailə qurmaq fikrinə düşsəm, deyəcəyəm ki, artıq evlənirəm! İnsan nə zamanadək yalnız yaşamalıdır ki?! Amma indi evlənmək fikrim yoxdur. Öz işimlə, mahnılarımla məşğulam" - deyə sənətçi fikirlərini dilə gətirib. Marqarita pizza
Rəvan Qarayev rəsmi olaraq iki dəfə ailəli olub. O, ailə qurduğu hər iki xanımdan boşanıb.
Telegram kanalımız