“Deyirdi ki, oğluma müğənni qız almaram” -   Asif Kərimovdan Əməkdar artistə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Deyirdi ki, oğluma müğənni qız almaram” - Asif Kərimovdan Əməkdar artistə dəstək

Şou

26 Mart 2026 15:22 7248


“Elnarə bir dəfə belə bir söz demişdi və bu, böyük müzakirələrə səbəb olmuşdu. O bildirmişdi ki, oğluma müğənni gəlin almaram. Səbəb isə öz yaşadığı çətinliklər idi. O, bunu öz gördüyü əziyyətə əsaslanaraq deyirdi, amma hər kəs bunu özünə görə yozurdu”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri prodüser Asif Kərimov deyib.

O, Əməkdar artist Elnarə Abdullayevanı müdafiə edib: Toyuqlu pizza

“Əslində isə məsələ başqadır. İnsan özü müğənni ola-ola müğənniyə qarşı pis fikir formalaşdırmaz. Sadəcə, o, öz həyatında yaşadığı çətinlikləri dilə gətirirdi. Hətta özü də deyirdi ki, qaynanama lazımi gəlinlik edə bilmədim, qaynatama qarşı üzərimə düşəni edə bilmədim, uşaqlarıma istədiyim qədər analıq edə bilmədim. Yəni vaxt çatmadı, diqqət yetirə bilmədi”.

A.Kərimov qeyd edib ki, bu, tamamilə zaman məsələsidir:

“Hər kəs nəyi və nə qədər qurban verə bilirsə, o qədər verir. Hər insanın öz ölçüsü var. Mənim ölçüm bir cürdür, Elnarənın başqa cür, Samir Cəfərovun isə tamam fərqlidir. Buna görə də bunu konkret olaraq “nəyisə qurban vermək” kimi qiymətləndirmək düzgün olmaz”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!