Tanınmış pediatır Vaqif Qarayev vaksin əleyinə sosial şəbəkələrdə fikir bildirən şəxsləri sərt şəkildə tənqid edib.
Yenisabah.az xəbər verir ki, pediatr sözügedən şəxsləri antivaksinator ordusu adlandırıb:
“Yenə fəallaşıblar, vaksin əleyhinə hardansa nəsə tapıb paylaşırlar. Vaksindən sonra kiminsə qızdırması qalxıb, başı ağrıyıb, dili tutulub, təzyiqi qalxıb, kimlərsə impotent olub kimi fikirlər səsləndirirlər. Bunların əksəriyyəti kiminsə fantaziyasının məhsuludur. Bu tip paylaşımlara on minlərlə insan "bərəkallah" deyir. Vaksindən sonra İFA (virusa qarşı antitellərin yaranması) analizinin nəticəsini paylaşanlar da var. Belə paylaşımlara maraq yoxdur. Əgər belə ağıllısansa, insanları bu bəladan qurtaracaq bir təklif ver”. Dördpendirli pizza
Telegram kanalımız