Diaspor sədri güneylə bağlı marş yazdı - Video

Diaspor sədri güneylə bağlı marş yazdı - Video

Digər

08 Dekabr 2022 23:20 414


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad İranda geniş vüsət alan etirazlar fonunda Güney Azərbaycanla bağlı marş yazıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Hikmət Cavadın özü sosial şəbəkədə məlumat verib.

“Aylardır İranda başlayan etirazlar hər gün daha da qızışır, yeni mərhələyə qədəm qoyur. Bu etirazlarda öz fəallıqları ilə seçilən güneyli azərbaycanlıların taleyi bizi hər zaman düşündürür. Hər gün Arazın o tayından - Güneydən aldığımız xəbərlər 40 milyonluq soydaşlarımızın azadlığını daha da yaxınlaşdırır. Bu marş azadlıq tələb edən soydaşlarımıza bir stimul olsun. Güneydə qəlbləri azadlıq atəşi ilə yanan əziz bacı və qardaşlarımızın İran zülmündən qurtulması üçün apardıqları bu müqəddəs və şərəfli haqq mübarizəsində dünya azərbaycanlıları da aktiv olmalı və birlik nümayiş etməlidirlər. Ən yaxın zamanda BÜTOVLƏŞƏK! BİR OLAQ!“, deyə diaspor rəhbəri bildirib.

Marşın bəstəkarı Aygün Səmədzadədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!