Dilarə şəxsi həyatından danışdı: “Hər an, hər saniyə nəsə ola bilər“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Dilarə şəxsi həyatından danışdı: “Hər an, hər saniyə nəsə ola bilər“ - Video

Şou

18 Avqust 2022 17:42 1314


Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı barədə etiraflar edib.

Yenisabah.az xəbər verir ki, aktrisa "Sözbaz" verilişində qonaq olarkən ailəsi barədə danışıb:

"Mənim bəxtim Oqtay Əliyevdən daha çox gətirib. Oqtaya görə... Çünki ikimizdə də anlaşılmazlıqlar, mübahisələrimiz olur. Mütləq olur. Hər an, hər saniyə nəsə ola bilər. Evdə nəsə qurtarır, bunu Oqtaya demək var. Deyirəm, yadımdan çıxıb, filan şey qurtarıb. Başlayır, fikrin haradadır, denən də. Yaradıcı adamın fikri dağınıq olur. Bir dəfə dedi, çay gətir. Bir rol üzərində çalışırdım. Mətbəxdə mənə güc gəldi, başladım rolla məşğul olmağa. Yarım saat sonra yadıma düşdü ki, Oqtaya çay aparmalıyam. Apardım, baxdı üzümə ki, çayı yığmağa getmişdin? Sonra qayıtdı ki, ağlın olardı aktrisa ilə evlənməzdin".  Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!