Dilarə ürəyini boşaltdı: İkinci dəfə ailə qursam...

saytların hazırlanması

Evə çatdırılma

Dilarə ürəyini boşaltdı: İkinci dəfə ailə qursam...

Şou

13 Mart 2024 08:30 758


"Mənə evlilik təklifi edən şəxs sənət aləmindən deyil. O məni uzun zamandır ki, tanıyır və sevir. Ona qarşı sevgim olmadığına görə "yox" cavabını verdim. Xətrini dost kimi istəyirəm, amma ailə qurmaq istədiyim şəxsi gərək sevim". 

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova deyib. 

İlk evliliyi uğursuz olan sənətçi ikinci dəfə ailə qurması ilə bağlı bunu dilə gətirib:  Dördpendirli pizza

"Mən yenidən sevərək, illər əvvəl yaşadıqlarımı unutmaq istəyirəm. Çünki boşananda çox travma almışdım. Həyatımda sağlam sevgi istəyirəm. İkinci dəfə ailə qursam, həqiqətən də o şəxsi ürəkdən sevməliyəm.

Tək olmaq yaxşıdır. Əslində, tək də deyiləm, yanımda ailəm və dostlarım var". 

Dilarə bildirib ki, sevgi məsələlərində ilk addımı heç zaman özü atmır: 

"Mən bir kişiyə görə də ağlaya bilərəm. Məncə, əgər insanı sevirsənsə, ağlamaq olar. Heç zaman ilk addımı mən atmıram. Düşünürəm ki, əgər kimsə sevirsə, yanımda olmaq istəyirsə, məni mütləq özü axtarıb tapacaq"

Xatırladaq ki, D.Kazımova türkiyəli iş adamı Mert Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu. 2018-ci ilin fevralında cütlük rəsmi şəkildə boşanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!