“Dini nöqteyi-nəzərdən cənazə dəfn olunmalıdır, gecikməsi günah sayılır”

“Dini nöqteyi-nəzərdən cənazə dəfn olunmalıdır, gecikməsi günah sayılır”

Din

29 Yanvar 2023 15:34 3892


“Bir insanı qətlə yetirmək, bəşəriyyəti öldürməkdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı şəhid olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Əsgərovun yas mərasimində Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli deyib.

Onun sözlərinə görə, cinayətkar ağır şəkildə cəzalanmalıdır:

“Bu hadisə məni çox sarsdı. Mərhum qonşumdur. Valideynləri çox narahatdırlar. Səfirliyə qarşı edilən terror vandallığın bariz nümunəsidir”.

S.Məmmədli qeyd edib ki, nəşin gecikməsi yolverilməzdi:

“Dini nöqteyi-nəzərdən cənazə dəfn olunmalıdır. Gecikməsi günah sayılır”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!