Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadır

saytların hazırlanması

Evə çatdırılma

Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadır

Din

28 Oktyabr 2026 13:11 89


"Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir".

"Yeni Sabah" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

O, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı tədbirdə deyib: pizza

"Xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq. Sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır. Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!