Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Diqqət: İnternetdən alış-veriş edərkən aldadırlar - Video
09 Yan 2020 20:38
527

Diqqət: İnternetdən alış-veriş edərkən aldadırlar - Video

Azərbaycanda online satışla məşğul olan bir çox səhifə burada satılan malların dəyişdirilmədiyi və qaytarılmadığı ilə bağlı elan yazıb.

"Yeni Sabah" xəbər verir ki, mütəxəssislər bu halın qanunvericiliyə zidd olduğunu bildirir və xüsusi ilə online alış-veriş edərkən diqqət edilməsi vacib olan nüansları diqqətə çatdırırlar.

Online ayaqqabı satışı ilə məşğul olan səhifə alınan məhsulların geri qaytarılmadığını, dəyişməyin isə yalnız eyni ayaqqabının başqa ölçüsü ilə mümkün olduğuna dair xəbərdər edici mətn paylaşıb.

Uşaq paltarlarının satışı ilə məşğul olan bir səhifə isə qaytarılmanın və dəyişmənin mümkün olmadığını qeyd edib. Bundan başqa bir çox səhifələrdə də belə qeydləri görmək olur.Mütəxəssislər isə bu halın qanunvericiliklə qadağan edildiyini bildirir.

Marketoloq Sabit Məmmədov bildirir ki, bu kimi səhiflərdən alış-veriş edərkən xüsusi ilə tanınmış və rəsmi satış ünvanı olan səhifələrə müraciət etmələri tövsiyyə edilir.

Mütəxəssisin sözlərinə görə, bu müqavilə də istehalakçıların hüquqlarını məhdudlaşdırmamalıdır, əks halda etibarsız sayılır. Bu kimi problemlərlə qarşılaşanlar isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər.  /Xəzərxəbər.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər