“Xerson vilayətinin Dnepr çayının sol sahilində yerləşən ərazilərindəki döyüşlər davam edir, lakin kənd və qəsəbələrin azad edilməsindən danışmaq hələ tezdir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə çayın sol sahilində yerləşən və hələ də işğal altında olan Kaxovka, Nova Kaxovka və Oleşkidəki vəziyyətlə bağlı suala cavab verən Xerson Regional Şurasının deputatı Serhiy Xlan onlayn brifinq zamanı məlumat verib.
“Hələlik yalnız Xerson vilayətinin sağ sahili hissəsindən, Xerson şəhəri haqqında danışmaq olar. Oleşki, Kaxovka və Nova Kaxovka haqqında danışmaq hələ tezdir. Orada hələ ki, rəsmi məlumat yoxdur”, - Xlan bildirib. pizza sifarişi
Deputatın Nova Kaxovkadakı “Yunist” kinoteatrının yaxınlığında Ukrayna bayrağının göründüyü barədə məlumat verib.
“Bəziləri bu məlumatı müxtəlif cür qəbul ediblər. Eynilə, Kaxovkada da yeni bayraqlar peyda olub. Amma hələlik bu yaşayış məntəqələrinin Silahlı Qüvvələrimiz tərəfindən azad edilməsi və nəzarətə götürülməsi barədə məlumat yoxdur. Baxmayaraq ki, sol sahildə döyüşlər davam edir. Və düşünürəm ki, biz yalnız Silahlı Qüvvələrimizdən rəsmi məlumat gözləməliyik”, – Xlan bildirib.
Telegram kanalımız