ABŞ Prezidenti Donald Trampın qardaşı Robert Tramp şənbə günü vəfat edib.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Donald Tramp 71 yaşlı kiçik qardaşı haqda bunları deyib: “Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat yat”. Toyuqlu pizza
Xatırladaq ki, Robert Tramp sonuncu dəfə cümə günü Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Prezident Tramp onu ziyarət edərkən səhhətinin yaxşı olduğu bildirilmişdi.
Telegram kanalımız