Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Dörd ulduzlu otelimizi azərbaycanlı tələbələrə verməyə hazırıq“  - Türkiyəli rektor
14 Okt 2021 15:01
2337

“Dörd ulduzlu otelimizi azərbaycanlı tələbələrə verməyə hazırıq“ - Türkiyəli rektor

Yozqat Bozok Universitetinin rektoru, professor Ahmet Karadağın Yenisabah.az saytına müsahibəsi: 

- Sentyabr ayında Azərbaycanda səfərdə oldunuz. Azərbaycana səfərinizin nəticələrini saytımız üçün dəyərləndirə bilərsinizmi?

- Birincisi, Azərbaycanda olmaqdan çox ciddi anlamda xoşbəxt olduğumu ifadə etmək istəyirəm. Təbii ki, oraya getməyimizin əsas məqsədi, azərbaycanlı tələbələrimizi universitetimizdə oxutmaq istəyi idi. Beynəlxalq münasibətlər ofisimizin hazırladığı proqram daxilində Azərbaycana getdik və sizinlə də orada görüşmüşdük. Oradakı görüşlərimiz çox səmimi keçdi, biz orada bir sıra imtahanlar (TÖMER, YÖS) təşkil etdik. Həqiqətən də biz gördük ki, buna qarşı böyük maraq var idi. Azərbaycanlı bacı-qardaşlarımızın, valideynlərimizin həm universitetimizi tanımaq istəmələri, həm də Yozgat Bozok Universitetinin hansı ixtisasları var və s. bunların sayəsində biz özümüzü tanıtdıq.

Əslində, doğrunu demək lazımdır, bir az gecikmişik. Biz daha öncə Azərbaycana getsəydik, Yozgat Bozok Universitetində ən azı 500 nəfər azərbaycanlı tələbəmiz olardı. Təbii ki, orada (Azərbaycanda - red.) təşkil etdiyimiz imtahana 300-ə yaxın gəncin qatılması, rektor həmkarlarımla görüşlərin olması çox gözəl əlaqələrin qurulmasına səbəb oldu. Bunun nəticələrini hazırda görürük. Beynəlxalq ofisimizin verdiyi məlumata görə,  Azərbaycandan olan 300-ə yaxın tələbəmizin böyük əksəriyyəti Yozgata gəlib və universitetimizdə qeydiyyatdan keçiblər. Ona görə də hesab edirəm ki, Azərbaycana olan ziyarətimiz bizim üçün yaxşı nəticələrə səbəb oldu.

İnşallah, bundan sonrakı səfərlərimizdə yenə tələbə qəbullarını həyata keçirəcəyik. Onu da qeyd edim ki, istər Azərbaycan İlahiyyat İnstitutu çərçivəsində, istərsə də neft-kimya ixtisasları üzrə və digər bütün sahələrdə Yozgat Bozok Universiteti olaraq sizinlə qarşılıqlı əlaqələr qurmaq istəyirik. Həmçinin səhiyyə, mühəndislik, ilahiyyat, sosial elmlər, bəşəri elmlər və s. bunların hamısı bizim üçün əhəmiyyətlidir və bu sahədə əməkdaşlıq etmək istəyirik.

Bununla yanaşı, universitetlər arasında qarşılıqlı işbirliyi quraraq da müəllim heyəti dəyişikliyini də arzulayırıq. Ortaq təhsil proqramları qurmağı düşünürük. Məsələn, istəyirik ki, ilahiyyat fakültələrimizin müştərək bir proqram yaradaraq, ortaq diplom vermək imkanları olsun. Bunun kimi, həm sosial, həm bəşəri, həm də tibb, riyaziyyat, mühəndislik və s. sahələrdə qarşılıqlı əlaqələrdə olmaq istəyirik. Ona görə də, sentyabrdakı səfərimiz bu anlamda çox məhsuldar oldu. Bu il ilk dəfə Yozgat Bozok Universiteti 300 civarında azərbaycanlı tələbəni qəbul edəcək. Bundan sonrakı dönəmlərdə də Azərbaycan üzərindən ikili əlaqələrimiz mütləq şəkildə olacaq.

- Dediyiniz kimi, Yozgat Bozok Universiteti Azərbaycandan 300 civarında tələbə qəbul edəcək. Universitetiniz tələbələri qarşılamağa hazırdır?

- Biz tələbələrimizin gəlişləri ilə əlaqəli lazımi məlumatları aldıq. Mən dünən şəxsən bütün özəl qız və oğlan yurtları (tələbə yataqxanaları) ilə əlaqə saxladım. Yurtların potensiallarını və ehtiyaclarını gözdən keçirdim və bu çərçivədə onu da qeyd edim ki, univeristetimizə gələcək olan azərbaycanlı tələbələrimizi qonaq olaraq deyil, ev sahibi olaraq görürük. Onlara daha yaxşı dəstək olmaq və onlara kömək edilməsi məsələsində qarşılıqlı görüşlər keçirdim. Görüşlərimizi bundan sonra da davam etdirəcəyik.

İnşallah, azərbaycanlı gənclərimiz buraya gələndən sonra da, mən şəxsən rektor olaraq, beynəlxalq ofisimizdə çalışan işçilərimizlə yanaşı, universitet rəhbərliyi ilə tələbələrimizlə bir araya gələcəyik.

Təhsil dönəmi başlayandan sonra bütün azərbaycanlı tələbələrimizi toplayacağıq, konfrans zalımızda onlarla bərabər xoşgəldiniz toplantısı edəcəyik. Onların necə olmalarını soruşacağıq, ehtiyaclarını və bizdən gözləntilərini dinləyəcəyik. Biz onları burada ən yaxşı şəkildə qəbul etmək istəyirik. Sadəcə azərbaycanlı tələbələrimizə aid deyil bunlar, həmçinin digər ölkələrdən olan tələbələrimiz də bu kateqoriyalara daxildir. Onu da qeyd edim ki, bu gün biz ilk dəfə xarici tələbələrimizə TÖMER sertifikatı verdik. Bu sertifikatların verildiyi tədbirdə, dostumuz, iş adamı Bilal Şahin bəyin köməyi ilə hədiyyələr verdik tələbələrimizə. Yozgat və Bozok diyarı qonaqpərvər bir yerdir. Biz tələbələrimizi hər durumda qorumağa və onlara sahib çıxmağa hazırıq. Onların valideynləri rahat olsunlar, onların övladları, bizim övladlarımızdır. Az öncə qeyd etdiyim kimi, onlar qonaqlarımız deyil, o tələbələr evlərinə gəlirlər. Biz lazımi tədbirlərimizi aldıq və onların ehtiyacları hər nədirsə, beynəlxalq ofisimizi başda olmaq üzrə tələbələrimizlə təktəbətək maraqlanacaqlar. Əgər varsa, problemlərini çözməyə çalışacaqlar. Biz tələbələrimizi dörd gözlə gözləyirik.

- Universitetinizdə müxtəlif ölkələri təmsil edən tələbələri görə bilərik. Yozgat Bozok Universiteti hansı coğrafiyanı əhatə edir?

- Türkiyədəki bütün universitetlərin üslubu çərçivəsində, özəlliklə öz soydaşlarımız - Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və s. ölkələrlə yanaşı, digər bir yandan Afrikadan – Somali, Nigeriya, Mali və Misirdən tələbələr qəbul etmək istəyirik. Biz bir az da çoxmədəniyyətliliyi əsas götürürük və bu ərazilərə xitab etmək istəyirik. İstəyirik ki, həm beynəlxalq tələbələrimiz bu təməllərdə qaynayıb-qarışsınlar, həm də çox mədəniyyətli bir mühitdə təhsil alsınlar. Hazırda bizim ən çox qəbul etdiyimiz tələbələr, Somalidən gələn vətəndaşlardır. Azərbaycan isə ikinci yerdədir, bəlkə də gələcəkdə birinci sıraya keçəcək. Buna görə də hər ölkəyə xitab edən, maraqlı bir tələbə profilimiz var.

- Türkiyənin Universitetləri öz qapılarını xarici tələbələrin, özəlliklə də azərbaycanlı tələbələrin üzünə açıb. Bir halda ki, seçim imkanı genişdir, bir tələbə niyə Yozgat Bozok Universitetini seçməlidir?

- Türkiyədə hər bir vilayətdə ən azı bir dövlət universiteti var. Həmçinin bir çox özəl universitetlər də var. Azərbaycanlı gənclərimizin hədəfləri, onların ailələrinin də gözləntiləri var, sözsüz. Onlar niyə Yozgat Bozok Universitetini seçməlidirlər sualına isə belə cavab verim. İlk növbədə, biz Yozgat Bozok Universiteti olaraq, bir universitetin necə olması gərəkdiyini çox gözəl bilirik. Universitetlərin ən əsas işi, hətta mən deyərdim olmazsa, olmazı təlim-tərbiyə və təhsildir. Biz gələcəyin peşə sahiblərini yetişdiririk. Bizim iddiamız isə budur ki, Yozgat Bozok Universiteti öz dəyişimləriylə son iki ildən bəri çox fərqli olub. Bizim universitetimiz, artıq beynəlxalq bir universitet görünümə sahibdir. Yozgat Bozok Universiteti bu sahədə özünü beynəlxalq aləmdə yeniləyərkən, digər tərəfdən akademik anlamda, elmi çalışmalar sahəsində də özündən söz etdirən bir universitetdir. Son 5 ildir ki, bir sıra sıralama quruluşları var - Türkiyə və dünyada var bunlar. Ən son İspaniya sırlama quruluşu, Türkiyədəki universitetləri sıralandırdı və biz, 15 ilini doldurmuş universitetlər sırasında yeddinci sıradayıq. Toplam 212 universitet sırasından biz 77-ci sıradayıq, yəni Türkiyədə 1950-ci və 1960-cı illərdə qurulan universitetləri nəzərə alanda, həmçinin 1992-ci ildə ən az 25 universitet qurulub. Bunları diqqətə alanda, 2006-cı ildə qurulan Yozgat Bozok Universitetinin, 212 dövlət universiteti arasında 77-ci sırada olması çox anlamlı və dəyərlidir. Dünya sıralamasında isə toplamda 31 min universitet arasında bizim Yozgat Bozok Universiteti, 2.300 civarında yerləşib. 15 yaşını daha yeni qeyd edən bir universitet olaraq baxdığımızda, dünya universitetləri sırasında bizim universitetimizin 2.000-ci sıralarda olması, hər halda çox möhtəşəmdir.

Yozgat Bozok Universitetin hədəfləri və xəyalları var, nailiyyətləri daim artır. Digər tərəfdən, niyə biz seçilməliyik sualına gəldikdə isə, Yozgat Bozok Universiteti, artıq araşdırmalar nəticəsində istehsal olunan bilginin texnologiyaya dönüşdüyü, universitet-sənaye iş birliyinin bərabər olduğu bir universitet halına gəlib. Yozgat Bozok Universitetin stratejik planlaması, 2022-2026 illəri arasında inkişafa meyilli bir universitet olması planıdır. Bunun anlamı budur ki, Yozgat Bozok Universiteti, artıq istehsal etdiyi məlumatı texnologiyaya çevirəcək və universitet-sənaye iş birliyi dövriyəyə girəcək. Bu da regional inkişafı təmin edəcək və regional inkişaf da dövlətimizin inkişafı deməkdir. Ona görə də, Yozgat Bozok Universiteti regional inkişafa meyilli bir universitetdir və seçilən 15 universitetdən biridir. Yəni məlumatı, bilgini texnologiyaya, iqtisadi inkişafa və sənayeçinin istehsalına döndürən bir universitetik biz. Bu o deməkdir ki, yetişdirdiyimiz tələbələrin də eyni proqram çərçivəsində təhsil alması anlamına gəlir. Artıq biz tələbənin sənaeyiçi ilə əlaqələr qurduğu bir dövrü yaşayırıq.

Yozgat Bozok Universiteti 15-ci ilini yeni arxada qoyan, gələcəyə ümidlə baxan, iddialı olan, uğura diqqət yetirən bir universitetdir. Biz təhsildə olan hədəflərimizi hər zaman uğura hədəflədiyimiz üçün, Yozgat Bozok Universitetinin şüarını “Qərarlılıqla Uğura!” olaraq qoyduq. Əgər siz qərarlı olarsanız, mütləq şəkildə uğurlu olarsınız. Digər tərəfdən, Türkiyənin hər yerindən bura gəlmək çox asandır. Yozgatda yaşamaq da çox asandır. Bir tələbənin Ankarada aylıq xərcləri 3 min liradan çoxdur, burada isə daha ucuzdur. Ona görə də buranı seçən tələbələr, madiyyat baxımından daha rahat olacaqlar. Həm də keyfiyyətli şəkildə buradan məzun oalcaqlar.

- Azərbaycanda da universitetlərin yataqxanaları var, amma çox kiçik həcmlidir. Ən çox tələbələrin sadəcə yüzdə 10%-ni qəbul edə bilir o yataqxanalar. Sualımız budur ki, Yozgat Bozok Universitetin öz yataqxanaları varmı və gələcək dönəmlərdə yataqxana tikməyi planlaşdırırmı?

- Türkiyədə özəl universitetlərin çox kiçik həcmli yurtları var, amma Türkiyədə dövlət universitetlərində yurtlar demək olar ki, yox səviyyəsindədir, olsa da çox azlıq təşkil edirlər.  Təbii ki, planımızda var ki, imkanlarımız daxilində, maddi dəstək olarsa və digər ölkələrdən tələbələrimizin sayı çoxluq təşkil edərsə, biz də öz daxilimizdə yurt açmağı düşünürük. Qaldı ki, bizim bu çərçivədə turizm fakültəmizin işlətdiyi bir otelimiz də var. Biz bir “B planı” olaraq, əgər tələbələrimizə yer tapa bilməsək, otel xidmətlərimizi tələbələrimiz üçün təşkil edə bilərik. Bizim hazırda 50 nəfərlik 4 ulduzlu otelimiz var. Ona görə də, oranı daha da təmir edəcəyik, amma hazırda bizdə belə bir problem yoxdur. Yataqxana məsələsində digər universitetlərin təqdim etdiyi təkliflərin ən yaxşısını biz edirik.

Türkiyədə yurtlar dövlət nəzarətindədir. Yəni mərkəzi qaydada idarə olunur. Universitetlər öz yurtlarını yaratmayıblar. Amam biz hər bir tələbəmizi düşünür və onların rahat yaşamsı, oxuması üçün gərəkən addımları atırıq.

- Son olaraq, övladları Yozgat Bozok Universitetinin tələbəsi olan valideynlərə nə demək istərdiniz?

- Bizi seçdiklərinə görə, onlara təşəkkür edirəm. Onlara salamlarımızı çatdırıram və övladlarımızın valideynləri əmin olsunlar ki, o uşaqlar bizim qonaqlarımız deyil, ev sahiblərimizdir. Bozok diyarı övladlarımıza sahib çıxacaq, valideynlərimizin gözləri arxada qalmasın. Biz öz övladlarımız kimi, o uşaqların hansı problemləri varsa, həll etməyə çalışacağıq. Onu da qeyd edim ki, bura çox balaca bir şəhərdir. Böyük şəhərin sıxıntısı və stressi Yozgatda yoxdur. Böyük kampusumuz var. Bizim universitetimizin böyük konfrans zalı da var. Hər cür şəraitimizlə biz azərbaycanlı tələbələrimizi qarşılamağa hazırıq. Valideynlər də narahat olmasınlar, biz azərbaycanlı tələbələrimizə gözümüz kimi baxacağıq. Valideynlərin gözü arxada qalmasın.

Seymur Verdizadə

Rafi Müslümov 

“Dörd ulduzlu otelimizi azərbaycanlı tələbələrə verməyə hazırıq“  - Türkiyəli rektor
“Dörd ulduzlu otelimizi azərbaycanlı tələbələrə verməyə hazırıq“  - Türkiyəli rektor
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər

Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar url?sa=i&url=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar url?q=https://goog.az/"> Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar Pulsuz Elanlar