“Azərbaycanın prinsipcə qurduğu dövlətin mahiyyəti nədən ibarətdir? Bazar iqtisadiyyatı normalarına əsaslanan demokratik bir dövlət qurulub. Bazar iqtisadiyyatı şəraitində qurulan dövlət hər şeyə cavabdeh deyil. Xarici ölkələrdə də bunun şahidi oluruq. İnsanlar əsas hüquqlar üzrə - əmək, təhlükəsiz yaşamaq, vətəndəşların, dövlətin bütün maddi-mənəvi resurslarından istifadə etmək və.s digər hüquqlarla təmin olunurlar. Xarici ölkələrə də baxın!? İnsanların pensiyası müxtəlif fondlar tərəfindən həyata keçirilir. Sağlamlıqla bağlı onların sığortası var. Həmin sığorta hesabına sağlamlıqlarını həyata keçirirlər. Əgər bir xarici vətəndaşın evi müxtəlif səbəblərdən uçubsa, sığorta əsasında bərpa edirlər. Yaxud yolda bir maşın aşıb. Bunun da təmirini müxtəlif sığortalar hesabına edilir”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezidentin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-nin “Həftə” proqramına müsahibəsində deyib. Prezidentin şəhid ailələri ilə bağlı son qərarını şərh edən Ə. Həsənov deyib ki, Azərbaycanda siyasət həm bazar iqtisadiyyatı ilə həyata keçirilir, həm də digər üsullarla: “Halbuki, demokratik cəmiyyət demokratik dövlət qururuq. Bu gün Azərbaycan dövləti vətəndaşının reallaşdıra bilmədiyi digər sosial hüquqlarını da öz boynuna götürüb. Şəhid ailələrə qurulan şəraitə baxmaq lazımdır. Bu dövlətin yürütdüyü sosial-siyasətin təməlidir.
Bilirsiniz, biz müharibə şəraitində yaşayan dövlətik. İşğalçı Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasət yürüdüb. Xalqımız buna qarşı müqavimət göstərib. Bunun nəticəsində təxminən 20 minə qədər Azərbaycanda şəhid ailəsi, müharibə əlili və digər kateqoriyadan olan dövlətin dəstəyinə ehtiyacı olan insanlar formalaşıb. pizza hut
İndiyə qədər Azərbaycanda 7 mindən artıq şəhid ailəsi və müharibə əlili dövlət hesabına mənzillə təmin edib. Təxminən bu kateqoriyadan olan insanlara dövlət tərəfindən avtomobil verilib. Baxın, dövlət sosial-humanist siyasətin nəticəsi olaraq bunları edib. Dövlət bu siyasəti davamlı olaraq həyata keçirir. Bunların sonrakı taleyi, həyatı, işsizlik məsələləri, yaşayış problemlərinin həll olunması dövlətin çiynindədir və imkan olduqca onlara şərait qurulur. Əlbəttə, dövlət bu problemlərin hamısını birdən edə bilməz. Hazırda 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi Azərbaycan dövlətinin üzərindədir və bu olduqca ağır yükdür.
Dünyanın bütün ölkələrində şəhid ailələri var. Onlarda bu məbləğ çox cüzi miqdardadır. 11 min manat əvvəl nəzərdə tutulurdu 8 min şəhid ailəsinə, sonrakı dövürdə bunun sayı artdı. Cənab prezidentin bu yaxınlarda şəhid ailələri ilə təsirli görüşü oldu. Bu görüş göstərdi ki, Azərbaycanda prezident sosial müdafiəyə ehtiyacı olan şəhid ailələri, qaçqın və məcburi köçkünlər köçkünlər, bazar şəraitinə çətin uyğunlaşan digər əhali kateqoriyaları üçün həssadır və onların problemlərinin aradan qaldırılması üçün nə qədər çalışır. Bu görüşdən sonra 11 min manat alacaq şəhid ailələrin sayı 13 min manata qədər artacaq. Həmçinin şəhid ailələrinə prezident təqaüdləri 300 manata qədər artırıldı. Bundan qabaq isə milli qəhramanların ailələrinə prezident təqaüdü 1500 manata qədər artırılıb. I, II, III dərəcəli müharibə əlillərinin təqaüdü, pensiyalar, maaşlar artırılıb. Təkcə, bununla bitmir”.
Telegram kanalımız