Dövlət əleyhinə çağırış edən şəxsə hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Dövlət əleyhinə çağırış edən şəxsə hökm oxundu

Kriminal

28 Yanvar 2025 11:52 337


Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elşən Kərimovun məhkəmə araşdırması tamamlanıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, E.Kərimov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il müddətə azadlıqdan məhrum edilib. 

Elşən Kərimov uzun illər Rusiyada yaşayıb. Həbsindən bir neçə gün əvvəl atasının vəfatı ilə əlaqədar ölkəyə qayıdıb. Elə  7 mərasimində də saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!