Dövlət hərracında nəqliyyat vasitələri rekord qiymətə satıldı

saytların hazırlanması

Evə çatdırılma

Dövlət hərracında nəqliyyat vasitələri rekord qiymətə satıldı

İqtisadiyyat

27 Avqust 2026 13:44 111


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 25-də keçirilən növbəti hərracda 44 nəqliyyat vasitəsi özəlləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, xüsusilə yük avtomobilləri və texnikaların satışı gərgin rəqabətlə müşahidə olunub. Hərrac zamanı start qiyməti 7 350 manat olan lot 30 200 manata təklif olunub. İlkin qiyməti 3 100 manat təşkil edən “KAMAZ” markalı yük avtomobili 21 031 manata, start qiyməti 2 000 manat olan “Amkodor” markalı ekskavator-yükləyici isə 15 100 manata satılıb.

Satılan nəqliyyat vasitələrinin tam siyahısı ilə Dövlət Xidmətinin rəsmi saytında tanış olmaq mümkündür. Dördpendirli pizza

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracların 1, 8, 15, 22 və 29 sentyabr tarixlərində keçiriləcəyi bildirilir. İştirak etmək istəyən şəxslər emlak.gov.az və auksion.gov.az saytları vasitəsilə seçim edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!