“Dövlətin milyonları nazir övladının şəxsi biznesinə yatırılır”

saytların hazırlanması

Evə çatdırılma

“Dövlətin milyonları nazir övladının şəxsi biznesinə yatırılır”

İdman

05 Fevral 2019 17:05 3320


““Formula 1” yarışları daha 5 il Bakıda keçiriləcək - gənclər və idman naziri Azad Rəhimovla "Formula 1" Şirkətlər Qrupu arasında yeni müqavilə imzalayıb. Bakı Şəhər Halqasına isə Azad Rəhimovun oğlu rəhbərlik edir. Deməli, nazir oğlunun biznesinin dövlət büdcəsi hesabına çiçəklənməsi ilə bağlı müqaviləyə imza atıb”. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Qadir İbrahimli deyib. O, bildirib ki, ötən günlərdə şəhid ailələrinə qan pulunun ödənilməsinə dövlət 128 milyon manat ayırıb: “Hakimiyyət ideoloqları az qala bunu sosial ədalətin təntənəsi kimi təbliğ edirlər. Olsun... Ancaq yaxın 5 ildə hər il bu məbləğə yaxın vəsait (60 milyon dollar və ya 102 milyon manat) nazir oğlunun biznesinin genişləndirilməsinə xərclənəcək. Yəni 5 ildə 510 milyon manat... 

Normalda parlament nazirdən hesabat, formula yarışlarının Azərbaycana hansı maddi və siyasi dividentlər gətirəcəyi ilə bağlı izahat tələb etməli idi. Ancaq təəssüf ki, bizim parlamentin belə bir gücü yoxdur. Parlamentin spikeri isə ən yaxşı halda buna “xəcalət çəkməklə” kifayətlənəcək. Və hamının gözü qarşısında dövlətin milyonları nazir övladının şəxsi biznesinə yatırılır - korrupsiya çox şəffaf şəkildədir!”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!