“Dronlar İran ərazisindən buraxılıb“ - İran rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Dronlar İran ərazisindən buraxılıb“ - İran rəsmisi

Dünya

30 Yanvar 2023 16:09 864


İlkin əlamətlər İsrailin bu hücumda iştirakına işarə edir və bununla bağlı araşdırmalar davam edir.

Yenisabah.az "Əl-Czirə"yə istinadla xəbər verir ki, bunu anonim İran rəsmisi deyib.

O, İsfahan vilayətində pilotsuz təyyarə əməliyyatının uğursuz olduğunu və İsrail mənbələrinin bu əməliyyatın uğuru ilə bağlı açıqlamalarının sadəcə uğursuzluğunu gizlətmək üçün təbliğat olduğunu vurğulayıb. Toyuqlu pizza

Adı çəkilməyən bu iranlı rəsmi əlavə edib: "İlkin araşdırmalar göstərir ki, bu pilotsuz təyyarələr İranın daxilindən və hədəf alındıqları yerin yaxınlığından havaya qalxıb.

İsrail keçmişdə də baş vermiş bu əməlinin cavabını alacağını çox gözəl bilir.

Vaşinqton bu hücumdan yxasını kənara çəkib. Çünki bilir ki, bu hücum uğursuz olub və İranın siyasətində dəyişikliyə səbəb olmayacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!