DSK  baş redaktorun namizədliyini qeydə almadı
14 Yan 2020 20:05
254

DSK baş redaktorun namizədliyini qeydə almadı

45 saylı Dairə Seçki Komissiyası (DSK) tanınmış jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmətin namizədliyini qeydə almayıb.

"Yeni Sabah" xəbər verir ki, bu haqda baş redaktor özü məlumat yayıb. Zahir Əzəmət bildirib ki, hər şey qaydasında olsa da, imtina edildi, şikayət olunacaq:

“DSK namizədliyimi qeydə almaqdan imtina etdi. İmzalarla hər şey qaydasındadır. İndi imtina səbəbinə baxın: Əmlak Komitəsi DSK-nın 26.12.2019-cu il tarixində sorğusuna fərqli, mənim 08.01.2020-ci tarixində aldığım arayışa fərqli cavab verib. MSK-ya şikayət olunacaq”.

Qeyd edək ki, Zahir Əzəmət 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Eyni dairədən Milli Məclisin sədri Oqtay Əsədov da namizəddir. 

Oxşar xəbərlər