DTX-nın həbs etdiyi icra başçıları haqda yeni qərar

saytların hazırlanması

Evə çatdırılma

DTX-nın həbs etdiyi icra başçıları haqda yeni qərar

Kriminal

12 Aprel 2020 13:05 3781


Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, birinci müavini Ramiz Tatarov və həmçinin Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanın vəsatətinə baxılıb.

“Yeni Sabah” Demokrat.az-a istinadən bildirir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Nizaməddin Quliyev və Ramiz Tatarovun həbs müddəti 3 aya qədər artırılıb. Toyuqlu pizza

Qeyd edək ki, ötən ilin dekbarında Nizaməddin Quliyev və Ramiz Tatarovun və həmçinin Qoca Səmədovun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Hər üç şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!