DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin saxladığı “Çevik” ləqəbli tiktoker həbs olundu

Kriminal

14 Sentyabr 2026 18:14 73


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Məcid oğlu Bağırov və Kamran Ramiz oğlu Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

"Yeni Sabah" xəbər verir ki, onlara Cinayət Məcəlləsinin 283-cü (283. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham elan ediliblər.

Belə ki, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində təqsirli bilinirlər. Dördpendirli pizza

Qeyd edək ki, "Çevik" ləqəbli Məqsəd Bağırov "TikTok" sosial şəbəkəsində canlı yayımlar açaraq dini mövzularda müxtəlif mübahisəli fikirlər söyləyib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!