DTX-nin saxladığı Qaxın icra başçısı ilə bağlı   QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

DTX-nin saxladığı Qaxın icra başçısı ilə bağlı QƏRAR VERİLDİ

Kriminal

21 İyun 2025 19:59 1705


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az xəbər verir ki, bu barədə qərar Səbail rayon Məhkəməsində keçirilən prosesdə verilib.

Sabiq icra başçısı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

Qeyd edək ki, Musa Şəkiliyev ötən gün DTX-nin əməliyyatı zamanı tutulub. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Bu gün Prezident İlham Əliyevin sərəncamına əsasən o, Qax rayon icra başçısı vəzifəsindən azad edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    GÖRƏSƏN AZƏRBAYCANDA ÖZÜNƏ YOX XALQINA, VƏTƏNİNƏ LƏYAQƏTLƏ XİDMƏT EDƏN İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI VARMI?
    11 months ago