Dünya çempionatının finalında şok statistika: Rekord yeniləndi

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatının finalında şok statistika: Rekord yeniləndi

İdman

20 İyul 2026 00:47 259


Argentina və İspaniya milliləri dünya çempionatının finalında ilk hissədə məhsuldarlıq baxımından antirekorda imza atıblar.

"Yeni Sabah" xəbər verir ki, komandalar ilk 45 dəqiqə ərzində qapı istiqamətinə cəmi üç dəqiq zərbə endirərək dünya çempionatları tarixinin final oyunlarında bu göstərici üzrə ən zəif nəticəni qeydə alıblar.

Bununla da 2014-cü ildə keçirilən Argentina - Almaniya və 2022-ci ildə baş tutan Argentina - Fransa finallarına məxsus rekord yenilənib. Həmin qarşılaşmaların hər birində komandalar birlikdə qapıya altı dəqiq zərbə vurmuşdular. pizza hut

Qeyd edək ki, İspaniya - Argentina finalının ilk hissəsi qolsuz bərabərliklə (0:0) başa çatıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!