Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb - ÜST

saytların hazırlanması

Evə çatdırılma

Dünyada koronavirusa yoluxanların sayı 228 mindən çox artıb - ÜST

Dünya

10 İyul 2020 23:34 1788


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 228 mindən çox artıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 10-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 228 102 nəfər yeni koronavirusa yoluxub, 5 565 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 102 328, ölənlərin isə 551 046 nəfərə çatıb. Marqarita pizza

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 264 626 yoluxma və 276 370 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 868 080, ölənlərin sayı isə 202 341 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 204 698 yoluxma və 28 664 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.  /Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!