Dünyanın ən böyük çəhrayı brilyantlarından biri olan "Fortune" Cenevrədə “Christie's” hərracında 35 milyon dollara satılıb.
Yenisabah.az “Express Tribune”a istinadla xəbər verir ki, almazın çəkisi 18,18 karatdır. Çəhrayı brilyantlar bazarda ən nadir və ən çox axtarılan qiymətli daşlar arasındadır. 2017-ci ildə Honq-Konqda keçirilən “Sotheby's” auksionunda 59,60 karatlıq unikal "Çəhrayı ulduz" almaz rekord qiymətə – 71,2 milyon dollara satılıb.
Digər məşhur belə daş “Williamson Pink Brilliant” isə bu yaxınlarda vəfat etmiş Böyük Britaniya kraliçası II Elizabetə məxsus idi. Kanadalı geoloq, mədən sahibi Con Uilyamson 54,5 karatlıq işlənməmiş daşı şahzadə Elizabet və şahzadə Filippə 1947-ci ildə toylarında hədiyyə edib. Pepperoni pizza
Telegram kanalımız