“Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub” - Anar Eyvazov
01 Okt 2020 20:02
717

“Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub” - Anar Eyvazov

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”. 

Yenisabah.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A. Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus helikopter və təyyarələrinin vurulması və İran ərazisində düşməsi barədə verilən məlumatlar yanlışdır: “Bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər