Düşməndən cəbhədə növbəti TƏXRİBAT
08 İyl 2020 16:42
533

Düşməndən cəbhədə növbəti TƏXRİBAT

Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribat törədib.

Yenisabah.az xəbər verir ki, işğalçı ordunun bölmələri qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində neytral ərazilərə od vurublar.

Nəticədə təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığında yerləşən ərazilər yanıb.

Sakinlərin sözlərinə görə, güclü yanğın böyük sahəni əhatə edib.

Qeyd edək ki, Ermənistan tərəfi mütəmadi olaraq Tovuz və Tərtər rayonu istiqamətində yanğınlar törədirlər. /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər