Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“  - İttiham
13 Okt 2021 14:21
2998

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

Daim göz önündə olan, ictimaiyyət tərəfindən tanınan insanların ailələri, özəl həyatları maraq doğurub. Ən çox da incəsənət adamlarının taleləri, onların ailə üzvləri medianın gündəmində olub. Bu səbəbdəndir ki, bəzən məşhurların övladları da valideynlərinin sənətini davam etdirir. 

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun, Roza Zərgərlinin qızı Bənövşə, Aygün Kazımovanın qızı İlqarə, Nadir Qafarzadənin oğlu Əziz valideynlərinin yolunu davam etdirir və müğənni kimi fəaliyyət göstərirlər.

Bəs görəsən, məşhurların uşaqları özləri kimi uğur qazanıb, populyar ola biləcəkmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış müğənni Əli Mirəliyev onların sırf pul qazanmaq üçün bu sənətə gəldiklərini, istedadlarının olmadığını deyib:

“Azərbaycan xalqı musiqili xalqdır. Məmə yeyəndən, pəpə yeyənə kimi hamı oxuya bilir. Avazı var, dodağının altında mızıldayır. Mızıldaya-mızıldaya da anasından, atasından kömək alıb gəlir səhnəyə, guya bu müğənnidir. Əsl istedad, əsl sənət insan anadan olanda Allah tərəfindən verilir, yoxsa valideynin populyardırsa sənə bu istedad verilə bilməz. Bu gün şou-biznesə addım atan gənclərin bəzilərinin heç valideynlərinin avazı yoxdur, o ki, qaldı özlərinin olsun. Mən özüm adi, kasıb bir ailədə böyümüşəm, atam oxumağa qoymurdu ki, musiqiçiyə qız verməzlər. Ata tərəfim cənubdandır, onlarda belə şeylərə pis baxırdılar. Buna baxmayaraq, həyat məni ora-bura atdı və gəlib müğənni oldum. Vallah, mən yatsam yuxumda da görməzdim ki, müğənni olaram. Düzdür, uşaqlıqdan oxumağa həvəsim olub, gözəl səsim olub, amma nə vaxtsa məşhur müğənni olacağımı düşünmürdüm.

Bəs indi şou-biznesə gələnlər həqiqətən istedadlı oxuyanlardır? Əlbəttə ki, yox, onların ata-anaları belə fərli oxuyan deyillər. Gedib zavodda, fabrikdə, bərbərxanada, atelyedə işləməkdənsə, müğənni olmağı seçirlər, qəşəng geyinib efirə çıxmağı üstün tuturlar. İndi oxumaq var ki? Ağızlarına nə gəldi oxuyurlar. Anaları da tanışlarına deyir ki, “Övladımı populyar elə”.

Ə.Mirəliyev öz nəvəsinin səsi olsa da onu şou-biznesə gəlməyə qoymadığını bildirib:

“Bəsdir də! Ay bədbəxtlər, guya siz özünüz bu sənətdə nə eləmisiniz ki, övladlarınız da nə eləsin? Qoy getsinlər başqa sahədə özlərini göstərsinlər, bəlkə doğurdan da başqa yöndə vətənə xeyir verəcəklər? Niyə məcburən müğənni edirsiniz? Hələ bəziləri efirə çıxanda deyir ki, “Heç vaxt övladımı qopymaram müğənni olsun”. Gözlərinin içinə qədər yalan deyirlər! Elə özləri övladlarını müğənni etməyə çalışırlar, çünki düşünürlər ki, rahat yerdən pul qazanacaqlar. Həftədə 2-3 toya gedəcəklər, bir az da məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq, həyatları qurtulacaq. Əsl müğənni belə olmur. Görün nə qədər gözəl sənətkarlarımız dünyasını dəyişdi. Siz Baloğlan Əşrəfova, Yaqub Zurufçuya, Sabir Əliyevə, Teymur əmiyə çata biləcəksinizmi? Onlar sənət üçün oxuyublar, toy üçün yox. Ona görə də papağınızı qoyun qarşınıza, fikirləşin, ay bədbəxt şou-biznes tayfası. Özünüz cəhənnəm, balalarınızı da bədbəxt etməyin. Mənim nəvəmin də gözəl səsi var, amma mən onu Türkiyəyə oxumağa yollamışam, proqramçıdır. Nəyinə lazımdır gəlsin burada müğənni olsun, sonra da mənim kimi kənarda pas atsın. Qoy xalqa xeyir gətirsin”.

Əsmətxanım 

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“  - İttiham
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər