Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Düzgün seçilməyən sabun dəridə xəstəliklərə səbəb ola bilər
11 Yan 2021 16:52
453

Düzgün seçilməyən sabun dəridə xəstəliklərə səbəb ola bilər

Sabun əsas təmizləyici vasitələrdən biridir. Şəxsi gigiyena ilə yanaşı bir çox infeksion xəstəliklər zamanı da sabundan istifadə olunur. İndi sabunun həm bərk, həm də maye növlərindən istifadə edilir.

Sabun yağ turşusunun duzundan alınır. Mütəxəssislər bildirirlər ki, keyfiyyətli sabunun istehsalı prosesində yağın miqdarı düzgün nizamlanmalıdr, əks halda, onun dəriyə ziyanı dəyə bilər. Sabunun əsas funksiyası ilkin olaraq suyun codluğunu aradan qaldırmaq və dəridə olan çirk, yağ və bakteriyaları təmizləməkdir. Sabunun tərkibində olan yüksək molekullu yağ turşularının miqdarı yüksəkdirsə, daha yüksək keyfiyyətli hesab edilir. Sabunlar əsasən bərk və maye halında olur.

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayıldığı vaxtda həm maye, həm də bərk halda olan bakterial sabunlardan daha çox istifadə olunur.

Yenisabah.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Maye sabunlar iki növə bölünür. Tərkibində səthi hamar olan maddələrin çox olduğu maye sabunlar dəridə hidrolipid balansını pozur və daha çox allergik reaksiyalara səbəb olurlar. Kalium maddəsinin köməyi ilə əldə edilən maye sabunların zərərli xüsusiyyətləri daha az olur. Düzgün seçilməyən sabun dəridə quruluqdan ekzemaya qədər ən müxtəlif xəstəliklərə səbəb ola bilər”.

Dərinin daha təravətli görünməsi üçün keyfiyyətli sabunlar seçilməlidir. Keyfiyyət göstəricisi isə köpüyün çox olmasıdır, əks halda, dərinin strukturu zədələnə bilər. “Sabunun saxlanma müddəti nə qədər çoxdursa, onun ətri daha zərif, köpüyü daha çox olur və dəridə qıcıqlanma yaratmır. Həssas dəri tipinə malik olanların maye sabundan istifadə etməsi tövsiyə edilmir. Əllər sabunla yuyulandan sonra ona dərinin tipinə uyğun nəmləndirici və qidalandırıcı kremlər çəkilməlidir”, - deyə həkim-dermatoloq əlavə edib. (Azərtac)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər