DYP isti hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

DYP isti hava şəraiti ilə bağlı sürücülərə çağırış etdi

Sosial

08 Avqust 2023 11:43 718


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, havanın temperaturunun ötən günlərlə müqayisədə artacağı, xüsusilə Abşeron yarımadasının həftənin sonunadək isti hava dalğasının təsiri altında olacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir ki, havanın yüksək temperaturu insanda başgicəllənmə, əzginlik, süstlük hissi yaradır ki, bu da öz növbəsində uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülərin diqqətinin yayınmasına, onların ətrafdakı prosesləri vaxtında və ya düzgün qiymətləndirə bilməməsinə səbəb olur: pizza sifarişi

“Baş Dövlət Yol Polisi İdarəsi uzaq məsafələrə səfərə hazırlaşan, eləcə də əsasən günorta saatlarında avtomobil idarə edən sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə, yolboyu qaydalara ciddi riayət etməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, günün nisbətən sərin vaxtlarında yola çıxmağa, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyə çağırır.

Sərnişinlərində isti havalarda sürücünün əhval-ruhiyyəsinə diqqət yetirmələri, onların əzgin, yuxulu və ya digər səbəblərdən nəqliyyat vasitəsini idarə etməkdə çətinlik çəkdiyini hiss etdikdə hərəkətin dayandırılmasına çalışmaları tövsiyə olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!