Ebola söhbəti faciə ilə bitdi - Siyasətçi evində öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ebola söhbəti faciə ilə bitdi - Siyasətçi evində öldürüldü

Dünya

29 Sentyabr 2026 07:58 89


Konqo Demokratik Respublikasında Ebola ilə bağlı maarifləndirici radio proqramında iştirak edən hakim partiyanın rəsmisi öldürülüb.

“Yeni Sabah” xəbər verir ki, hadisə Ebola epidemiyasının yayıldığı Şimali Kivu əyalətinin Butembo şəhərində baş verib.

Hakim UDPS partiyasının yerli rəhbərliyinin sözçüsü Mari-Selestin Karondva radio proqramından sonra yaşadığı məhəllədə hücuma məruz qalıb. Sakinlər tərəfindən döyülən siyasətçinin əşyaları talan edilib, daha sonra isə evi yandırılıb. Ağır xəsarət alan Karondva həyatını itirib. pizza mizza

Hücumun dəqiq səbəbi hələ məlum deyil. Partiya isə siyasətçinin Ebola virusu və onun yaratdığı təhlükə barədə məlumat yaydığı üçün hədəfə alındığını bildirib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!